Elçin Əmirbəyov Mehriban Əliyevanın köməkçisi təyin edilib

Elçin Əmirbəyov Mehriban Əliyevanın köməkçisi təyin edilib
  24 İyun 2017    Oxunub:30084
Elçin Əmirbəyov Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi təyin edilib.

AzVision.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Elçin Əmirbəyov Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri olub.

O, ötən gün prezident İlham Əliyevin imzaladığı sərəncamla vəzifəsindən geri çağırılıb.

AzVision.az


Teqlər: Elçin-Əmirbəyov  





Xəbər lenti