AZAL erməni yeməyi ilə bağlı "Aeroflot"dan izahat tələb edəcək
AzVision.az xəbər verir ki, bunu "Report"un Rusiya bürosuna AZAL-ın Moskvadakı nümayəndəsi Rahib İsayev deyib.
"Çox güman ki, rasion tərtib edilərkən yanlışlığa yol verilib. Aviaşirkət sərnişinlərin istəklərini nəzərə almaya və onların milli hissləri ilə oynaya bilməz. Məsələn, AZAL-ın reyslərində uçuş istiqamətləri və ilin fəsillərindən asılı olaraq, müxtəlif qidalar var, o cümlədən faydalı və pəhriz qidaları", - deyə Rahib İsayev deyib.
O, həmçinin bildirib ki, tezliklə AZAL səhvi düzəltmək xahişi ilə "Aeroflot"a müraciət edəcək.
"Aeroflot"un Moskva-Bakı reysi sərnişinlərindən birinin məlumatı və çəkdiyi video AZAL rəhbərliyinin diqqətinə çatdırılıb. Yaxın vaxtlarda, yəqin ki, müvafiq sorğu göndəriləcək. Biz bu məsələni nəzarət altında saxlayacağıq", - deyə o bildirib.
AzVision.az
Teqlər: AZAL