Saatlı və Kürdəmirdə yanğın olub

Saatlı və Kürdəmirdə yanğın olub
  27 İyun 2017    Oxunub:1228
Saatlı və Kürdəmir rayonlarında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, Saatlı rayonu, Heydərabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 44 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 18 m2 sahədə və yaxınlığında yığılmış 8 ton ot bağlamasının 2 tonu yanıb.

Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Kürdəmir rayonunda qeydə alınıb.

Rayonun Şahbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m2 sahədə və damına yığılmış 2 ton ot bağlamasının 1 tonu yanıb.

Tövlənin və ot bağlamasının qalan yanğından hissəsi mühafizə olunub. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: #Yanğın   #Kurdəmir   #Saatlı  





Xəbər lenti