Bakı-Şamaxı yolunda sürüşmə təhlükəsi - Video

Bakı-Şamaxı yolunda sürüşmə təhlükəsi - Video
  28 İyun 2017    Oxunub:1572
Hazırda Bakı-Şamaxı yolunda sürüşmənin aktiv olduğu bölgə 106-107-ci kilometrlik hesab olunur.
AzVision.az ARB TV-yə istinadən xəbər verir ki, adı keçən sürüşmə zonasında təxminən iki ildir ki, aktivləşmə müşahidə edilir.

İntensiv yağan yağış, tektonik hərəkətlər sürüşməni daha da intensivləşdirir. Uçquna məruz qalan yolun həm də ensiz olması problem yaradır. Yollardakı çalalar nəqliyyat vasitələri üçün təhlükə mənbəyinə çevrilib.

Sürücü: “Ağsudan gəlirəm. Asfalt vurulsa da, indiki kimi sürüşmə gedir. Tanımayan sürücülər üçün təhlükə yaradır”.

Sürücü: “Bu yollara 50 ildən artıqdır ki, bələdəm. 2-3 il əvvəl lap pis vəziyyətdə idi. Burada traktor gedərdi. İndi isə bu yollar düzəlib. Lakin bu ərazilər və bundan başqa bir neçə ərazidə yol aşınmaları tez-tez baş verir”.

Yolun 106 km–liyində isə daha çox qəzalı vəziyyət yaşanır. Azəravtoyoldan verilən məlumata görə, Bakı Şamaxı mağistralının 13-cü və 91-ci kilometrləri arasında yenidənqurma işləri yekunlaşmaq üzrədir. Bu ərazidə 2 hərəkət zolağı 4 hərəkət zolağı ilə əvəz olunub.

Azəravtoyol rəsmisi yaxın vaxtlarda magistralın 91-ci kilometrliyindən 107-ci kilometrliyinə qədər olan hissəsindəki problemin də aradan qaldırılacağını əmin edir.



AzVision.az



Teqlər: sürüşmə   Şamaxı  





Xəbər lenti