Çaylarda suyun səviyyəsi azalıb

Çaylarda suyun səviyyəsi azalıb
  29 İyun 2017    Oxunub:981
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 30-60, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan Muxtar Respublikasının çaylarında isə 40 faizini təşkil edir.
Departamentdən AzVision.az-a verilən məlumata görə, iyunun 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 175 kubmetr olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 205 kubmetr olmaqla ongünlük normanın 51 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 143 kubmetr olmaqla, ongünlük normanın 86 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 88 kubmetr təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, çayın Surra məntəqəsində 17, Şirvanda 14, Salyanda 10, Bankədə 9, Araz çayının Novruzlu məntəqəsində 15 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 382 (2016-cı il iyunun 29-da 331 sm), Şirvanda 277, Salyanda 207 (2016-cı il iyunun 29-da 98 sm), Bankədə 195 (2016-cı il iyunun 29-da 175 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 santimetr (2016-cı il iyunun 29-da 46 sm) təşkil edir.

AzVision.az


Teqlər: Nazirlik   Çay  





Xəbər lenti