Keçmiş polis rəisinə yeni vəzifə verilib

Keçmiş polis rəisinə yeni vəzifə verilib
  29 İyun 2017    Oxunub:1575
Göygöl Rayol Polis Şöbəsinin sabiq rəisi, polis polkovnik-leytenantı Bahadur Şükürov yeni vəzifəyə təyinat alıb.
AzVision.az “Report”a istinadən xəbər verir ki, Şükürov Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Müslüm Quliyev isə vəzifəsindən azad olunaraq Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

AzVision.az


Teqlər: DİN   Rəis   Təyinat  





Xəbər lenti