"Bakcell" jurnalistlər arasında atıcılıq yarışı keçirib

"Bakcell" jurnalistlər arasında atıcılıq yarışı keçirib
  29 İyun 2017    Oxunub:1581
Bakcell Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr edilmiş yarış keçirib.
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti jurnalistlər arasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr edilmiş atıcılıq üzrə yarış keçirib.

Bakı Atıcılıq Mərkəzində təşkil olunan bu yarışda müxtəlif media resurlarını təmsil edən 40-dan artıq jurnalist iştirak edib. Yarışdan öncə atıcılıq üzrə milli yığma komandanın baş məşqçisi Rəhim Cavadi jurnalistlərlə tanış olub və onlar üçün təlim keçirib. Təlimdən sonra jurnalistlər öz istəklərinə uyğun olaraq iki qrupa ayrılaraq Stend atıcılığı və Güllə atıcılığı üzrə yarışlara qatılıblar.

Yarışın nəticələri aşağıdakı kimidir:

Stend atıcılığı 1-ci yer Valeh Dadaşov Report İnformasiya Agentliyi

Stend atıcılığı 2-ci yer Hüseyn Vəliyev Trend İnformasiya Agentliyi

Stend atıcılığı 3-cü yer Famil Fərhadoğlu Müstəqil jurnalist

Güllə atıcılığı 1-ci yer Səbuhi Qafarov www.afn.az

Güllə atıcılığı 2-ci yer Ceyhun Rasimoğlu Səs İnformasiya Agentliyi

Güllə atıcılığı 3-cü yer Tural Tağıyev Palitra qəzeti

AzVision.az


Teqlər: Bakcell  





Xəbər lenti