Bakıda çempion qızı öldürən sürücü tutuldu

Bakıda çempion qızı öldürən sürücü tutuldu
  29 İyun 2017    Oxunub:2253
28 iyun 2017-ci il tarixdə saat 21:10 radələrində Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu sərxoş vəziyyətdə idarə etdiyi özünə məxsus “BMW” markalı, AZ90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurmuş, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun AzVision.az-a daxil olan birgə məlumatında bildirilib ki, fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulub.

R.Məmmədovanın yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsindən keçərkən yol hərəkəti qaydalarını pozmuş digər sürücülərin inzibati qaydada məsuliyyətə cəlb olunmaları təmin ediləcək.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, R. Məmmədova dağadırmanma,qayayadırmanma, buzadırmanma üzrə Azərbaycan çempionudur.

AzVision.az


Teqlər: Prokurorluq   Çempion   Qıza   Sürücü  





Xəbər lenti