Azərbaycanda bir gündə 70 cinayət törədilib

Azərbaycanda bir gündə 70 cinayət törədilib
  29 İyun 2017    Oxunub:1748
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 70 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub.

AzVision.az



Teqlər: DİN   Polis   Həbs   Cinayət  





Xəbər lenti