"Mercedes"in geri çağırdığı maşınlar Azərbaycana gətirilib?

"Mercedes"in geri çağırdığı maşınlar Azərbaycana gətirilib?
  29 İyun 2017    Oxunub:2587
Azərbaycana sükan mexanizmində qüsurlar olan “Mercedes-Benz” avtomobilləri gətirilməyib.
AzVision.az xəbər verir ki, bunu Trend-ə “Daimler AG” şirkətinin “Mercedes” avtomobilləri üzrə baş nümayəndəliyi “AvtoKapital Azərbaycan” MMC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, sifarişlərdən asılı olaraq hər ölkəyə müxtəlif partiya avtomobillər tədarük edilir:

“Azərbaycana bu partiyalardan avtomobil gətirilməyib, ona görə də “Mercedes” markalı avtomobillərin geri çağırılması gözlənilmir”.

AzVision.az


Teqlər: Mercedes   Maşın   Azərbaycan  





Xəbər lenti