Bakıda bu küçədə hərəkət məhdudlaşdırılır

Bakıda bu küçədə hərəkət məhdudlaşdırılır
  30 İyun 2017    Oxunub:1108
Bu gün səhər saat 10:00-dan etibarən Yasamal rayonu, Balababa Məcidov küçəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
“Azəravtoyol” ASC-nin Mətbuat katibliyindən AzVision.az-a verilən məlumata görə, adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

AzVision.az


Teqlər: Azəravtoyol   Yol   Bakı  





Xəbər lenti