Paytaxtın daha bir yolu bağlanır

Paytaxtın daha bir yolu bağlanır
  30 İyun 2017    Oxunub:1185
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Yasamal rayonu Bəsti Bağırova küçəsi ilə (İnşaatçılar pr-ti – C.Cabbarlı küç. arası) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən qismən məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-nin Mətbuat katibliyindən AzVision.az-a verilən məlumata görə, sözügedən küçədə məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə olacaq.

ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir.

AzVision.az


Teqlər: Azəravtoyol   Yol   Bakı  





Xəbər lenti