Azərbaycanda yeni hakim təyinatları - Yenilənib

Azərbaycanda yeni hakim təyinatları - Yenilənib
  30 İyun 2017    Oxunub:8039
Milli Məclisinin bu gün keçirilən sonuncu plenar iclasında Ali Məhkəməyə yeni hakimlərin təyin olunma məsələsinə baxılıb.
Hakimlər barəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

AzVision.az xəbər verir ki, Ali Məhkəmə üzrə hakimlik səlahiyyətinin müddəti 2017-ci ilin iyunun 19-da başa çatan Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Ağakərim qızı Məmmədova Ali Məhkəmənin hakimi təyin edilib.

“Məhkəmələr və hakimlər haqqında” qanunun 93-4-cü maddəsinə uyğun olaraq Tahir Lələkişi oğlu Kazımov Ali Məhkəmənin hakimi təyin olunub. Bundan başqa, səlahiyyət müddəti 2017-ci il iyulun 16-da başa çatan Akif Əsgər oğlu İsgəndərov və Əhməd Güləhməd oğlu Nurməmmədov həmin tarixdən Ali Məhkəmənin hakimləri təyin ediliblər. Həmçinin səlahiyyət müddəti 2017-ci il iyulun 28-də başa çatan Mehparə Tofiq qızı Əhmədova, İmran Teymurxan oğlu Hacıqayıbov və Rahib Sahib oğlu Nəbizadə həmin tarixdən Ali Məhkəmənin hakimləri təyin olunub.

“Məhkəmələr və hakimlər haqqında” qanunun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Elşanə Rafiq qızı Vəliyeva Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək 2017-ci il iyulun 28-dən Ali Məhkəmənin hakimi təyin edilib. İlham Məmməd oğlu Cəfərov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar 2017-ci il iyulun 28-dən Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilib.

Bundan əlavə Kəpəz rayon məhkəməsinin hakimi Nuru Nadir oğlu Quliyev və Tovuz rayon məhkəməsinin hakimi Ədil İsa oğlu Məmmədov Gəncə Apellyasiya Məhkəməsinə, Quba rayon Məhkəməsinin hakimi Elman Məmməd oğlu Əhmədov, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur İkram oğlu Məmmədov isə Sumqayıt şəhər Apelyyasiya Məhkəməsinə hakim təyin olunublar.

Xəyalə Adil qızı Cəmilova Sumqayıt Apelyasiya Məhkəməsinin, Rafael Əmir oğlu Eyvazov Şirvan Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin ediliblər.

Həmçinin, 2017-ci il iyulun 28-dən vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar olaraq Əliyev Toğrul Məhəmməd oğlu, Məmmədov Vüqar Kamal oğlu Bakı Apelyasiya Məhkəməsinin, Vüsal Adil oğlu Cəbrayılov Şirvan Apelyasiya Məhkəməsinin, Vidadi Kamal oğlu Qasımov Şəki Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Məhkəmə   Hakim  





Xəbər lenti