Məmmədyarov erməni nazirlə görüşə razılıq verdi

Məmmədyarov erməni nazirlə görüşə razılıq verdi
  30 İyun 2017    Oxunub:1615
“Prezidentlər səviyyəsində Sankt-Peterburqda keçirilmiş görüşdən sonra verilmiş birgə bəyanatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan və Azərbaycanın substantiv danışıqlar aparmalı olduğu təsbit olunub”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu xüsusda regiona son səfərlərindən sonra həmsədrlər nazirlər səviyyəsində görüş barədə təklif irəli sürüblər.

“Azərbaycan da bu təklifə razılığını və hazırlığını ifadə etdi. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin tezliklə həlli və qəbuledilməz və qeyri-davamlı olan status kvonun dəyişdirilməsi üçün substantiv danışıqlara hazırdır”.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bugünkü açıqlamasında iyul ayında Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla görüşəcəyini istisna etməyib.

Eldar Tanrıveridyev
AzVision.az



Teqlər: XİN   Azərbaycan   Məmmədyarov  





Xəbər lenti