Ordumuzun 100 illiyi şərəfinə xüsusi medal təsis olunub

Ordumuzun 100 illiyi şərəfinə xüsusi medal təsis olunub
  30 İyun 2017    Oxunub:3352
Azərbaycan Ordusunun 100 illiyi şərəfinə xüsusi medal təsis olunub.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar icalsında Azərbaycan Ordusunun 100 illiyi şərəfinə xüsusi medalın təsis olunması ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavə təklifi kimi müzakirəyə çıxarılan layihəyə görə, qanunun 2-ci maddəsinə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı hissə əlavə olunur. Medala silahlı qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görülə biləcəklər.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Ordu   Medal  





Xəbər lenti