İşsizliklə bağlı qanun layihəsi qəbul edildi

İşsizliklə bağlı qanun layihəsi qəbul edildi
  30 İyun 2017    Oxunub:1673
Milli Məclisin bu gün keçirilən sonuncu plenar iclasında yeni hazırlanan "İşsizlikdən sığorta haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.

Qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.

Layihəyə əsasən, işsizlikdən sığorta üzrə sığortaedənlərin və sığortaolunanların qeydiyyatı Sığortaolunanların və sığorta edənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Lahiyə II və III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, qanunun 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   İşsizlik   Qanun  





Xəbər lenti