657 narkoman məcburi müalicəyə cəlb olunub

657 narkoman məcburi müalicəyə cəlb olunub
  30 İyun 2017    Oxunub:1600
Respublika Narkoloji Mərkəzində 2017-ci ilin 6 ay ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinələrdən 11 952 nəfər keçib.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, onlardan 715 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş və 402 nəfərdə aşkarlanıb.

Cari ilin 6 ayında Respublika Narkoloji Mərkəzində 1650 nəfər müalicə alıb ki, onlardan 613 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 1028 nəfəri “Opioidlərin qəbulunəticəsində psixi və davranış pozuntuları” (F11), 9 nəfər isə digər diaqnozları ilə müalicəyə qəbul edilib, müayinədən 1 437 nəfər keçib.

Eyni zamanda bu ilin 6 ayı ərzində Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub. Respublika üzrə 2017-ci ilin 6 ayı ərzində ekspertizadan cəmi 1 089 nəfər keçib. Onlardan 657 nəfərə məcburi müalicə təyin olunub. Mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 21 nəfərdir, onlardan 16 nəfərin müalicəsi hal-hazırda davam edir.

Respublika Narkoloji Mərkəzində həmçinin Metadonla əvəzedici müalicə proqramı həyata keçirilir. Metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 202 xəstə müalicə alır. Onlardan RNM-də 156 nəfəri, 46 nəfəri isə QİÇS-lə Mübarizə Mərkəzindədir.

Aytən Zəhra
AzVision.az




Teqlər: Narkoman   Müalicə   Dispanser  





Xəbər lenti