BQXK nümayəndələri erməni diversanta baş çəkib

BQXK nümayəndələri erməni diversanta baş çəkib
  03 İyul 2017    Oxunub:1519
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin nümayəndələri erməni diversant Zaven Karapetyana baş çəkib.
AzVision.az erməni KİV-lərə istinadən xəbər verir ki, BQXK-nın İrəvan ofisinin əlaqələndirmə proqramlarının rəhbəri Zara Amatu səfərin iyulun 1-də baş tutduğunu deyib.

Xatırladaq ki, iyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib. Bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü, 1974-cü il təvəllüdlü Zaver Hovanis Karapetyan ələ keçirilib.

Şahin Qocayev
AzVision.az


Teqlər: BQXK   Erməni-diversant   Bakı  





Xəbər lenti