Köçkünlər Lapşinin məhkəməsində ifadə veriblər
İfadə verən məcburi köçkünlər Lapşinin Dağlıq Qarabağa səfərini pisləyiblər.
Qeyd olunub ki, prosesdə Lapşinin anası da ifadə vermək istəyir. Onun iştirakı növbəti prosesdə təmin olunacaq.
Proses iyulun 6-da davam etdiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.
AzVision.az
Teqlər: Aleksandr-Lapşin Məhkəmə