Türkiyəli general Azərbaycana gəlib

Türkiyəli general Azərbaycana gəlib
  04 İyul 2017    Oxunub:1231
İyunun 4-də Türkiyənin Ehtiyatda olan Hərbi Qulluqçular Təşkilatının sədri ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş və Türkiyə Müharibə Veteranları Təşkilatının sədri ehtiyatda olan polkovnik Məhmət Şükrü Tandoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər ediblər.
AzVision.az-ın məlumatına görə, səfər çərçivəsində qonaqlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov ilə görüşüb.

Görüşdə həm Azərbaycan həm də Türkiyənin Silahlı Qüvvələrinin inkişaf istiqamətlərində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlığın əhəmiyyəti, regiondakı hərbi siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi məsələləri müzakirə edilib və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

A.Rəhimov Qarabağ müharibəsi zamanı əlil olmuş Azərbaycan vətəndaşlarının Türkiyədə müalicə olunmaları, onlara göstərilən dəstəyə görə Türkiyəli qonaqlara təşəkkür bildirib.

AzVision.az


Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti