Azərbaycanlı general Ermənistana xəbərdarlıq etdi

Azərbaycanlı general Ermənistana xəbərdarlıq etdi
  05 İyul 2017    Oxunub:19375
“Yaşayış məntəqələrimizin mərmi atəşinə tutulması düşmənin növbəti çirkin təxribatıdır”

Bu barədə AzVision.az-a açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.
General vurğulayıb ki, düşmən vəziyyəti gərgin olaraq saxlamağa çalışsa, nəticəsi onlar üçün daha ağır olacaq:

“Alxanlıda törədilən təxribata silahlı bölmələrimiz tərəfindən layiqli cavab verilib. Düşmən susdurulub. Hesab edirəm ki, erməni təxribatlarının qarşısı daha kəskin formada alınmalıdır. Yəni, təxribatlara 5-10 misli cavab verilməlidir”.

General-leytenant hesab edir ki, təxribatlar Ermənistanın daxilindəki qeyri-stabil vəziyyətlə əlaqədardır:

“Bu təxribatlarla Ermənistanın hərbi-kriminal rejimi daxili problemlərdən vətəndaşların diqqətini yayındırmağa çalışır. Rejim insanları aldatmaq istəyir. Ermənistan tərəfinin təxribatı Azərbaycanın üzərinə atmaq niyyətinə gəlincə, deyə bilərəm ki, bu, onların savadsızlığından irəli gəlir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: General   Yaşar-Aydəmirov   Alxanlı   Füzuli   Təxribat  





Xəbər lenti