"Yol nişanlanmalarına biz cavabdeh deyilik" - "Azəravtoyol"

"Yol nişanlanmalarına biz cavabdeh deyilik" - "Azəravtoyol"
  05 İyul 2017    Oxunub:2126
"Azəravtoyol" ASC yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə məşğul olan qurum deyil. Bu qurum piyada zolaqlarının çəkilməsi, xətlənmə işləri aparmır.

Bu barədə AzVision.az-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Qurum rəsmisi qeyd edib ki, "Azəravtoyol" tərəfindən hər il, xüsusən yaz aylarında rəngi solmuş piyada zolaqlarının və üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi həyata keçiririlir.

“Bundan başqa yeni inşa olunan yollarda Yol Hərəkəti Təhlükəsizliyi komissiyasının və aidiyyəti qurumların razılığı ilə zəruri olan yerlərdə yol nişanlarının və üfiqi nişanlanma xətlərinin çəkilişi işlərini aparırıq. Yəni hər-hansı bir yerdə piyada zolağı düzgün çəkilməyib, yol nişanı düzgün qoyulmayıb və digər məsələlər bizim səlahiyyətimizdə deyil. Bakı şəhərində yol nişanlamaları və xətləmələrə cavabdeh olan qurum Dövlət Yol Polisi və yeni yaradılmış Bakı Nəqliyyat Agentliyidir (BNA). Bu, onların əsasnaməsində də göstərilib”.

Qeyd edək ki, BNA-nın yaydığı məlumata görə, bəzi yerli qurumlar özbaşına piyada keçidləri və ya hansısa zolaqlar çəkirlər ki, bu da tıxaclara eyni zamanda insan tələfatı ilə nəticələnən yol nəqliyyat hadisələrinə səbəb olur. Məlumatda qeyd edilib ki, Bakı şəhərində yerləşdirilmiş piyada keçidlərinin araşdırılması nəticəsində ümumilikdə 398 ədəd piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi məlum olub.

Aytən Zəhra
AzVision.az



Teqlər: Azəravtoyol   DYP   BNA  





Xəbər lenti