Zəhra ilə bağlı yürüş təxirə salındı - Yenilənib

Zəhra ilə bağlı yürüş təxirə salındı - Yenilənib
  05 İyul 2017    Oxunub:9187
İki yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsi ilə əlaqədar üç səfirliyin qarşısında keçirilməsi nəzərdə tutulan yürüş təxirə salınıb.
Bu barədə AzVision.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Xəbər verildiyi kimi, bir sıra gənclər təşkilatı 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən öldürülməsi ilə bağlı yürüş keçirmək arzusunda olduqlarını bildirmişdi.

Gənclər təşkilatları ilə bu gün keçirilən görüşün nəticəsi olaraq, belə qərara gəlindi ki, mövcud təcrübəyə görə beynəlxalq təşkilatlarla birbaşa görüşlər, bəyanatlar, müraciətlər və ən ümdəsi sosial resurslardan istifadə, ermənilərin Azərbaycana qarşı apardığı vandalizm və terrorizm aktlarını, azərbaycanlılara qarşı törətdikləri təcavüz və qəddar addımların dünya ictimaiyyətinə çatdırılmasında yürüşlə müqayisədə daha effektiv nəticə verir. Bu səbəbdən gənclər təşkilatları bu yürüşün keçirilməsinin təxirə salınmasına qərar verdilər”, - deyə nazirlikdən qeyd olunub.

***
(15:09)

2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən güllələnməsi ilə əlaqədar sabah Bakıda çoxsaylı gənclər təşkilatları tərəfindən yürüş keçiriləcək.

AzVision.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib. Onun sözlərinə görə, yürüş "Bridge Plaza"dan başlayacaq.

“Gənclər saat 11:00-da Rusiya səfirliyinin, 11:20-də Amerika səfirliyinin, 12.00-da Fransa səfirliyinin qarşısından keçəcəklər. Hamınızı aktiv olmağa çağırırıq”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Aytən Zəhra
AzVision.az



Teqlər: Alxanlı   Bakı   Zəhra   Yürüş  





Xəbər lenti