Lukaşenko Alxanlıdakı erməni vandalizminə münasibət bildirdi

Lukaşenko Alxanlıdakı erməni vandalizminə münasibət bildirdi
  06 İyul 2017    Oxunub:7599
Belarus prezidenti Aleksandr Lukaşenko iyulun 4-də Füzulinin Alxanlı kəndində baş verən hadisəyə görə təəssüf hissi keçirdiyini deyib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova bildirib.

"Lukaşenko ilə ATƏT PA-nın 26-cı illik sessiyasının rəsmi açılış mərasimindəki ayaqüstü qısa görüşümüz zamanı ilk sözü təmas xəttində baş verən insident barədə oldu. Azərbaycanın yüksələn xətlə inkişafını vurğulayan prezident baş verən hadisədən məlumatlı olduğunu bildirərək, təəssüfünü ifadə edib"-deyə B.Muraova qeyd edib.



Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

AzVision.az


Teqlər: Belarus   Lukaşenko   Alxanlı   Bahar-Muradova  





Xəbər lenti