DİM rəhbəri imtahan nəticələrini müqayisə etdi

DİM rəhbəri imtahan nəticələrini müqayisə etdi
  10 İyul 2017    Oxunub:1219
"Bu il keçirilən IX sinif üzrə buraxılış imtahanlarının nəticələri təxminən ötən ilki səviyyədədir"
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, IX sinif üzrə buraxılış imtahanları həm forma, həm də məzmun baxımından ötən ilki imtahalardan fərqlənir: "Hər ikisinin nəticələrini müqayisə etmək düzgün olmazdı. Biz yanlız bu ilki IX sinif üzrə buraxılış imtahanının ikinci mərhələsinin nəticələrini ötən illə müqayisə edə bilərik. Birinci imtahanı müqayisə etmək mümkün deyil, çünki keçən il belə bir imtahan keçirilməyib".

DİM-in sədri qeyd edib ki, test imtahanlarının nəticələri ötən illə müqayisədə ciddi dəyişməyib: "Amma onu da qeyd etmək istəyirəm ki, IX sinif üzrə buraxılış imtahanlarının birinci mərhələsinin nəticələri gözlənilən idi. Biz 2012-ci ildən başlayaraq monitorinq imtahanları keçiririk. Bu imtahanların nəticələrindən görünürdü ki, müəyyən sahələrdə, xüsusilə riyaziyyat fənnində yaddaş məktəbindən təfəkkür məktəbinə keçid tam şəkildə başa çatmayıb".

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   Məleykə-Abbaszadə   İmtahan  





Xəbər lenti