ATƏT-in iclasında erməni deputatlar susdurulub

ATƏT-in iclasında erməni deputatlar susdurulub
  11 İyul 2017    Oxunub:1850
“Ermənistan nümayəndə heyəti Alxanlı hadisəsində Azərbaycan tərəfinin şou düzəltdiyini deyirdi və ATƏT PA-nı buna inandırmağa çalışrdı. Əlbəttə ki, bunlar əsassız fikirlər idi. Hər kəs hadisənin necə baş verdiyini görüb”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bu gün keçirdiyi mətbuat konfransında deyib. Vitse-spiker bildirib ki, Ermənistan öz siyasətini açıq şəkildə pərdələməyə çalışırdı:

“Bunu da nümayəndə heyətləri öz çıxışlarında səsləndirirdilər. Bildirdilər ki, bu hərəkətlərə son qoyulmalıdır. Azərbaycan nümayəndə heyətinin üzvləri erməni deputatlarının absurd bəyanatlarının qarşılığında çox ciddi faktlara və reallıqlara söykənən cavablar səsləndirirdilər. Ən əsası biz bu məsələni bu günlər ərzində gündəmdə saxladıq. Onların diqqətinə çatdırdıq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri məcburi olaraq ikinci bəyənatı verdilər. Bu bəyənat birincidən tam fərqli idi.

Ermənistanın bəyanatında əksini tapan absurd məsələ var idi. Guya Azərbaycan məqsədli olaraq atəş nöqtələrini və hərbi obyektlərini mülki əhalinin yaşadığı ərazilərə yerləşdirib və dinc insanlardan qalxan kimi istifadə edir. Bunun absurdluğunu sübut edən Azərbaycan diplomatlarının, ölkəmizdə olan hərbi ateşşelərin bölgəyə səfəri oldu. Biz bunu yekun çıxışımızda vurğuladıq. Bununla da Ermənistan tərəfinin çıxış etdiyi bəyənatın uydurma olduğunu sübut etdik. Ermənilər məqsədli şəkildə mülki insanları hədəf seçiblər”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: ATƏT   Azərbaycan   Alxanlı   Erməni-təxribatı  





Xəbər lenti