“Ermənistan danışıqlara qayıtmağa məcbur oldu” - Prezident

“Ermənistan danışıqlara qayıtmağa məcbur oldu” - Prezident
  12 İyul 2017    Oxunub:1952
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu ilin birinci yarısında Azərbaycanın haqlı mövqeyində bir çox irəliləyişlər olub.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: “Bu ilin əvvəlində Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi qondarma referendum dünya birliyi və beynəlxalq birliklər tərəfindən tanınmayıb. Bununla da beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bir daha bəyan edib.

Bundan əlavə ötən ilin aprel ayında Ermənistanın danışıqların bərpası ilə bağlı irəli sürdüyü şərtlər heç bir nəticə verməyib. Dünən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşüb. Azərbaycan tərəfindən heç bir şərt qəbul olunmadan danışıqlar bərpa edilib. Beləliklə işğalçı ölkə məcbur olaraq danışıqlar masasına qayıdıb”.

Münaqişənin həlli ilə bağl təzyiqlər artanda Ermənistan hər zaman təxribata əl atır deyən prezident İlham Əliyev bildirib ki, bunu illər öncə Ermənistan parlamentində baş verən terror aktı, 2014-cü ildə Paris danışıqlarından sonra cəbhədə vəziyyətin gərginləşməsi, həmçinin 2016-cı ilin aprelində təmas xəttində törədilən təxribatın qarşısının ordumuz tərəfindən layiqincə alınması da təsdiqləyir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İlham-Əliyev   Qarabağ  





Xəbər lenti