Prezident həmkarını təbrik edib

Prezident həmkarını təbrik edib
  12 İyul 2017    Oxunub:1040
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Filip Vuyanoviçə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Monteneqro dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və inkişafı yolunda atılan addımlar bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına əmin-amanlıq və firavanlıq diləyirəm."

AzVision.az


Teqlər: İlham-Əliyev   Təbrik  





Xəbər lenti