İlham Əliyev Latviyaya səfər edəcək

İlham Əliyev Latviyaya səfər edəcək
  13 İyul 2017    Oxunub:3679
Azərbaycan Prezidenti İlham Əliyev və bir neçə gündən sonra Latviyaya rəsmi səfərə gedəcək.
AzVision.az “Report”-a istinadən xəbər verir ki, dövlət başçısını səfər zamanı 50-dən çox aparıcı müəssisənin nümayəndəsi müşayiət edəcək.

Səfər çərçivəsində paytaxt Riqa şəhərində Azərbaycan-Latviya biznes-forumu keçiriləcək. Tədbir Latviyanın İnvestisiya və İnkişaf Agentliyi tərəfindən iyulun 17-də təşkil olunacaq.

Səfər Latviya prezidenti Raymond Veyonisin dəvəti ilə həyata keçiriləcək.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Latviya   Səfər  





Xəbər lenti