"AVO MUN" layihəsinə start verildi - FOTOLAR

"AVO MUN" layihəsinə start verildi - FOTOLAR
  14 İyul 2017    Oxunub:5241
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, ADA universiteti, “ADA MUN” Club və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə ADA universitetində gənclərin siyasi, sosial, ekoloji biliklərinin hərtətəfli inkişaf etdirilməsi məqsədilə “AVO MUN” layihəsinə start verilib.
AzVision.az xəbər verir ki, bu gün layihə ilə bağlı ADA universitetində tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, BMT İnkişaf Proqramının Azərbaycan Respublikasındakı Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev və ASAN Könüllüləri iştirak ediblər.



Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, Azərbaycanda gənclər siyasəti ilə bağlı əhəmiyyətli layihələr həyata keçirilir.

Sədr qeyd edib ki, 10 könüllü ilə fəaliyyətə başlayan "ASAN Könüllüləri" bu gün 10 mindən çox gənci öz ətrafında birləşdirib: "Onlar qısa vaxt ərzində bir çox uğurlu layihələr həyata keçiriblər. "ASAN Könüllüləri" ölkəmizdə keçirilən I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və “Formula-1” yarışlarında iştirak ediblər. Biz könüllülərlə fəxr edirik. "ASAN Könüllüləri" “ASAN Xidmət” mərkəzlərinin tərkib hissəsidir. Sizin uğurlu fəaliyyətiniz “ASAN Xidmət” mərkəzlərinin uğuru deməkdir”.



Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev "ASAN Könüllüləri" ilə sıx əməkdaşlıq etdiklərini və digər gəncləri də dövlətin onlar üçün yaratdığı imkanlardan istifadə etməyə çağırıb. F.Hacıyev Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu qeyd edib.



BMT-nin Azərbaycandakı strateji müşaviri, Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlılar Assosiasiyasının sədri Məzahir Əfəndiyev çıxışı zamanı "ASAN Könüllüləri"nin fəaliyyətini yüksək qiymətləndirib.

Qeyd edək ki, BMT-nin simulyasiyası əsasında baş tutacaq layihədə 16-25 yaş aralığında 70-ə yaxın gəncin iştirakı nəzərdə tutulub. 14-16 İyul tarixində baş tutacaq layihədə iştirakçılar ilk öncə müxtəlif təlimlərə cəlb olunacaqlar. Simulasiya ingilis və Azərbaycan dillərində keçiriləcək. Layihədə simulyasiyalar komanda olaraq 2 komitədə, 1-ci “Security Council”- Təhlükəsizlik şurası ingilis dilində, digər 2-ci komitə “Baş Şura” Azərbaycan dilində baş tutacaq və 30 ölkə təmsil olunacaqdır. Layihəyə qeydiyyat və iştirak tamamilə ödənişsizdir.

İştirak etmək istəyənlər 29 İyun-7 İyul tarixlərində müraciət formasını dolduraraq qeydiyyat üçün müraciət ediblər.

Layahinənin əsas məqsədi gəncləri müxtəlif təlimlərə cəlb etməklə onlarda natiqlik, liderlik, komandayla iş qabiliyyətini artırmaq, gənclərin fərdi inkişafına təkan verib, siyasi biliklərini və sosial bacarıqlarını sərgiləmələrinə imkan yaratmaqdır.







Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti