Prokuror Lapşinə 6 il 6 ay cəza istədi

Prokuror Lapşinə 6 il 6 ay cəza istədi
  14 İyul 2017    Oxunub:1322
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bloqqer Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AzVision.az xəbər verir ki, hakim Əlövsət Qasımovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Lapşinə 6 il 6 ay cəza istəyib.

Məhkəmənin növbəti iclası iyulun 19-na təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Lapşin barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açılıb.

AzVision.az


Teqlər: Lapşin   Məhkəmə  





Xəbər lenti