Sərnişinlərə şad xəbər - Gediş haqqı artmayacaq

Sərnişinlərə şad xəbər - Gediş haqqı artmayacaq
  15 İyul 2017    Oxunub:54712
“Aİ-92” markalı benzinin pərakəndə satış qiymətinin artmasına baxmayaraq, şəhərdaxili sərnişin avtobuslarında gediş haqqı artırılmayacaq.

Bunu AzVision.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, hazırda Bakı Nəqliyyat Agentliyində marşrut xətləri üzrə sərnişin avtobuslarında gediş haqqının artırılması ilə bağlı məsələ müzakirə edilmir.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: BNA   Avtobus   Gediş-haqqı  





Xəbər lenti