Bakıda ağır yol qəzası: 2 ölü (Fotolar)

Bakıda ağır yol qəzası: 2 ölü (Fotolar)
  17 İyul 2017    Oxunub:4038
Bu gün səhər saat 08:30 radələrində Heydər Əliyev prospekti-Hava Limanı yolunda (keçmiş Suraxanı dairəsi yaxınlığında) yol nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az-a verilən məlumata görə, hava limanı istiqamətində hərkət edən "Daewoo" və "Volkswagen Passat" markalı iki minik avtomobili toqquşub.

Zərbənin təsirində avtomobillər "VAZ-2107" markalı minik avtomobilinə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də sərnişinlərdən heç biri xəsatər almayıb. Lakin "Daewoo" markalı avtomobildə olan sürücü və sərnişin ölüb.

Hadisənin hansı səbəbdən baş verməsi hazırda davam edən istintaq araşdırmasından sonra məlum olacaq.









Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti