“Qarabağ münaqişəsi geosiyasi oyunların nəticəsidir” - Prezidentin köməkçisi

12:23   17 İyul 2017    Oxunub: 3257
“Qarabağ münaqişəsi geosiyasi oyunların nəticəsidir” - Prezidentin köməkçisi

“Dağlıq Qarabağda münaqişə yenidən alovlana bilər, çünki geosiyasi oyunların nəticəsidir”.

AzVision.az -ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Ria Novosti" agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, mövcud münaqişə artıq 25 ildir davam edir:

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi isə işğal altındadır. Nəticədə 1 milyondan artıq sakin qaçqın və məcburi köçkünə çevrilib. Lakin nədənsə problemi “dondurulmuş münaqişə” kimi görmək cəhdləri zəifləmir. Əminliklə demək olar ki, bu münaqişə geosiyasi oyunların nəticəsidir”.

Onun sözlərinə görə, nə qədər ki bu oyunlar davam edəcək, nəticə dəyişməyəcək: “Gürcüstan, Moldova və Ukrayna bunun əyani sübutudur. Qarabağdakı “dondurulmuş” münaqişə hər an yenidən alovlana bilər. Hərçənd ki, beynəlxalq vasitəçilər Azərbaycanın ərazi bütövlüyünün saxlanmasının əleyhinə çıxış edirlər, lakin nədənsə birmənalı mövqe nümayiş etdirmirlər. Biz həmsədr ölkələrdən, həmçinin beynəlxalq ictimaiyyətdən münaqişənin ədalətli yolla həlli üçün konkret addımlar gözləyirik”.


Eldar Tanrıverdiyev

AzVision.az

Teqlər: Novruz-Məmmədov   Dağlıq-Qarabağ    




Rubrikanın digər yazıları