“Qaçqınkom” təkzib etdi: “Mətbuatda yayılan xəbərlər yalandır”

“Qaçqınkom” təkzib etdi: “Mətbuatda yayılan xəbərlər yalandır”
  17 İyul 2017    Oxunub:2844
“Məcburi köçkünlərin Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi qarşısında etiraz aksiyası keçirmələrinə dair mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir, tamamilə yalandır”.
Bunu AzVision.az-a açıqlamasında Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib. O, qeyd edib ki, məcburi köçkünlər bu gün heç bir etiraz aksiyası keçirməyiblər:

“Bu gün məcburi köçkünlərin Komitədə qəbul günüdür. Yəni, növbəti qəbul günlərindən biri idi. Komitəyə gələn məcburi köçkünlər hər zaman olduğu kimi bununla əlaqədar orada olublar. Ancaq, mətbuatda belə xəbərlər yayılıb ki, guya məcburi köçkünlər Komitə qarşısında etiraz aksiyası keçiriblər. Bu məlumatlar həqiqəti əks etdirmir, tamamilə yalandır”.

“Bu gün Komitəyə qəbula gələn məcburi köçkünlər Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tərəfindən qəbul olunub. Qəbulda olanlara büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarı ilə orta aylıq (dondurulmuş) əməkhaqqı ilə təmin edilən məcburi köçkünlərə edilən ödənişlərin icra müddətinin uzadılmaması ilə bağlı lazımı izahatlar verilib”,- deyə E.Qədimov bildirib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: qaçqın   məcburi-köçkün  





Xəbər lenti