Biləsuvardan 10 ailə Cocuq Mərcanlıya köçürülüb

  17 İyul 2017    Oxunub : 2321
Biləsuvardan 10 ailə Cocuq Mərcanlıya köçürülüb

İyulun 17-də Biləsuvarda cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbədən Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə 10 məcburi köçkün ailəsi yola salınıb.

Məcburi köçkün qəsəbəsində məskunlaşmış daha 15 ailə yaxın günlərdə Cocuq Mərcanlıya köçürüləcək.

Qeyd edək ki, 1994-cü ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin Sərəncamı ilə 50 mənzil və 100 yerlik məktəb binası tikilib, müvafiq infrastruktur yaradılıb. Hər bir ev üçün 10 sot həyətyanı sahə ayrılıb.

Köçürülmə prosesi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. (AzərTAc)

AzVision.az

Teqlər: Cocuq-Mərcanlı   Biləsuvar