Qəzetlərə 1 milyon manat ayrıldı

Qəzetlərə 1 milyon manat ayrıldı
  19 İyul 2017    Oxunub:1458
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti