Rusiyalı deputat Soçi görüşünu dəyərləndirdi: “Münasibətlər inkişaf edəcək”
D. Savelyev deyib ki, prezidentlərimizi və xalqlarımızı zamanın sınağından çıxmış dostluq münasibətləri bağlayır: “Biz hər zaman dost üçün dost və strateji tərəfdaş olacağıq. Şübhəsiz ki, bizim aramızda olan möhkəm, qarşılıqlı hörmətə əsaslanan ölkələrimiz arasındakı əlaqələrin dəstəklənməsi kiməsə sərf etmir. Onlar hər yolla Rusiya və Azərbaycanı bir-birinin qarşısında və eləcə də dünya ictimaiyyəti qarşısında qaralamağa cəhd edirlər. Lakin sonda həqiqət hər zaman ortalığa çıxır. Rusiya və Azərbaycan mətbuat, turistlər, biznes və beynəlxalq müşahidəçilər üçün açıqdır. Bütün məsələlər rəhbərlərimiz arasında iş rejimində müzakirə olunur. Əsas açar rolunu oynayan qərarlar ardıcıl həyata keçirilir, Rusiya və Azərbaycan arasındakı münasibətlərin bütün sahələrdəki inkişafına keyfiyyətli və müsbət təsir göstərir. Bundan sonrakı əməkdaşlığımız da bu şəkildə inşa olunacaq".
AzVision.az
Teqlər: Rusiya Deputat Soçi-görüşü