“Müəllim yanına getməmişəm” - Rekordçu abituriyent

“Müəllim yanına getməmişəm” - Rekordçu abituriyent
  24 İyul 2017    Oxunub:31650
“700 bal topladığımı eşidəndə çox sevindim. Birinci imtahandan da 700 bal gözləyirdim. Lakin 680 bal toplamışdım”.
Bunu AzVision.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 22-də keçirilən qəbul imtahanında I ixtisas qrupu üzrə maksimum nəticə göstərən Qabil Əliyev deyib. Qabil Əliyev Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunudur. O bildirib ki, ikinci imtahan üçün daha çox hazırlaşıb və istədiyi nəticəni əldə edib.

“Özəl kruslara və ya əlavə müəllim yanına getməmişəm, sadəcə öz məktəb müəllimlərimlə hazırlaşmışam. Sənədlərimi “Bakı Ali Neft Məktəbi”nin proseslərin avtomatlaşdırılması fakültəsinə verəcəm. Həmçinin Türkiyədəki burslara da sənədimi göndərmişəm. “Yıldız Texnik Universiteti”nə müraciət etmişəm, alınsa orada təhsil alacam. Olmasa “Bakı Ali Neft Məktəbi”ndə oxuyacam”.

Respublika Kimya Olimpiyadasında bürünc medal qazanan Qabil artıq Təhsil Nazirliyinin ölkə üzrə hər il yaxşı nəticə göstərmiş məzunlara verdiyi qızıl medalına da layiq görülüb.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   imtahan  





Xəbər lenti