"Yollar tikinti normalarına uyğun salınır" - "Azəravtoyol"

"Yollar tikinti normalarına uyğun salınır" - "Azəravtoyol"
  26 İyul 2017    Oxunub:1334
"Azəravtoyol" ASC tərəfindən yeni tikilən, yenidən qurulan və bərpa olunan bütün avtomobil yollarında işlər tikinti norma və qaydalarına uyğun olaraq aparılır.
"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən AzVision.az-a verilən məlumata görə, avtomobil yollarında tikintinin dövlət standartlarına, norma və qaydalarına uyğun olaraq aparılması cəmiyyətin "Azəryolelmitədqiqatlayihə" İnstitutu, həmçinin 2015-ci ildən imzalanmış müqaviləyə əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi tərəfindən yoxlanılır.

Təcrübə-Sınaq Mərkəzinin Səyyar laboratoriyası yenidən qurulan və tikintisi aparılan bütün avtomobil yollarında asfalt-beton örtüyünün keyfiyyətinin yoxlanılması üzrə sınaq işləri həyata keçirir. Səyyar laboratoriyanın əməkdaşları tərəfindən yerindəcə nümunələr götürülür, sınaqdan keçirilir və sınağın nəticəsi aktlaşdırılaraq “Azəravtoyol” ASC-yə təqdim edilir.

Əgər tərtib edilmiş aktlarda çatışmazlıqlar (mövcud normalardan kənara çıxma halları) olarsa Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi "Azəravtoyol" ASC-nin İstismar idarəsi ilə birlikdə təkliflər hazırlayır və aşkar olunmuş çatışmazlıqlar qısa müddət ərzində həmin təkliflərə əsasən aradan qaldırılır.

AzVision.az


Teqlər: Azəravtoyol   təmir  





Xəbər lenti