Sürücülərə xəbərdarlıq edildi - Cərimənizi ödəyin! (VİDEO)

Sürücülərə xəbərdarlıq edildi - Cərimənizi ödəyin! (VİDEO)
  27 İyul 2017    Oxunub:4637
Səbail rayonu Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reydlərdə xeyli sürücü saxlanılıb.
Sürücülər cərimələri ödəmədiklərini müxtəlif səbəblərlə əlaqələndiriblər.

Cərimələri ödəməyən sürücülərin avtomobilləri cərimə meydançasına aparılıb.

Səbail Rayon Dövlət Yol Polisi İdarəsinin rəisi Cəmşid Hənifəyev bildirib ki, iki gün ərzində rayonda təşkil edilən reydlər nəticəsində 10 min manatdan artıq cərimənin ödənilməsi təmin edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki,məsuliyyətsiz sürücülərə qarşı kütləvi reydlər davam etdiriləcək.

Bölmə rəisi sürücüləri cərimələri ödəməyə çağırıb. Əks halda onların sürücülük hüquqlarının məhdudlaşdırılması haqqında vəsatət qaldırılacaq.

Ona görə də sürücülük hüququnu itirmək istəməyən sürücülər cərimələrini nə qədər tez ödəsələr yaxşıdır. (Xəzər TV)



AzVision.az


Teqlər: DYP   Sürücü   Cərimə  





Xəbər lenti