İrandan narkotik gətirən qadın tutuldu

İrandan narkotik gətirən qadın tutuldu
  27 İyul 2017    Oxunub:1055
Dövlət Sərhəd Xidmətinə (DSX) daxil olmuş məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində iyulun 16-da İrandan Azərbaycana qayıdan Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Fərəcova Səfa Məmmədşah qızı “Astara” sərhəd nəzarəti məntəqəsində saxlanılaraq əşyalarına baxış keçirilib.
DSX-dan AzVision.az-a verilən məlumata görə, baxış zamanı əşyaların arasından 2 ədəd “ketçup” qabının içərisində gizlədilmiş narkotik vasitə - 295 qram heroin aşkar olunaraq götürülüb. Sonrakı əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin sifarişçisi, 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirzəyev Səbuhi Rövşən oğlu müəyyənləşdirilərək saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DSX   narkotik  





Xəbər lenti