Quba-Xaçmaz avtomobil yolu təmir olunur
Məlumatda bildirilir ki, ötən əsrin 70-ci illərində salınan 28 kilometrlik yol istismar müddətini başa vurduğundan avtomobillərin hərəkəti üçün ciddi çətinlik yaranmışdı. Məhz buna görə də “Azəravtoyol” ASC tərəfindən şimal bölgəsinin iki böyük rayonunu birləşdirən, həm də turizm əhəmiyyətli yolun tamamilə əsaslı təmirinə başlanılıb.
Yeni yolun hərəkət hissəsinin eni 7,5, yol çiyinləri ilə birlikdə isə 12 metr olacaq. Yolun yenidən qurulması işləri ilin sonunadək başa çatacaq.
AzVision.az