DİN-dən Lerikdəki partlayışla bağlı rəsmi açıqlama

DİN-dən Lerikdəki partlayışla bağlı rəsmi açıqlama
  28 İyul 2017    Oxunub:979
Daxili İşlər Nazirliyi Lerikdə broyler fabrikində baş verən partlayışla bağlı məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 27-də saat 11 radələrində Lerik rayonunun Piran kəndi ərazisində yerləşən quşçuluq müəssisəsinin kəsim sexində, orada çilingər işləyən kənd sakini Valeh Məmmədov su qızdırmaq üçün quraşdırılan qazanın alışdırıcısında yaranan nasazlığı aradan qaldırarkən ani partlayış baş verib və nəticədə V.Məmmədov hadisə yerində ölüb. Orada fəhlə işləyən kənd sakinləri Mehman Mirzəyev və Akif Aslanov isə xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti