Mikayıl Cabbarov türkiyəli həmkarı ilə görüşüb

Mikayıl Cabbarov türkiyəli həmkarı ilə görüşüb
  28 İyul 2017    Oxunub:984
Təhsil naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib.
Təhsil Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Türkiyənin İstanbul şəhərində keçirilən ikinci iclasa Türkiyənin milli təhsil naziri İsmət Yılmaz, İƏT-in baş katibi Xəlil İbrahim Akça, həmçinin Pakistan, Əfqanıstan və İranın təhsil nazirliklərinin yüksək səviyyəli nümayəndələri qatılıb.

Toplantıda Təhsil İnstitutunun fəaliyyətinin gücləndirilməsi, 2017-2019-cu illər üçün İş planı müzakirə edilib, eyni zamanda nümayəndə heyətlərinin rəhbərləri öz ölkələri üçün təhsil sahəsində prioritetlər barədə məlumat veriblər.

Səfər çərçivəsində Mikayıl Cabbarov və Türkiyənin milli təhsil naziri İsmət Yılmaz ölkələr arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

AzVision.az


Teqlər: Mikayıl-Cabbarov  





Xəbər lenti