Ombudsman Konstitusiya Məhkəməsinə sorğu göndərib

Ombudsman Konstitusiya Məhkəməsinə sorğu göndərib
  29 İyul 2017    Oxunub:1084
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I, II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Həsənovanın məruzəsini, sorğuverən və cavabverən orqanın nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, iştirakçı bankda sığorta hadisəsi baş verdikdə kompensasiyanın ödənilməsi əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərə dəyə biləcək maddi ziyanı kompensasiya etmək məqsədi daşıdığı üçün “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsi, 29-cu maddəsinin I, II və III hissələri, 149-cu maddəsinin I və III hissələri ilə uyğunsuzluq təşkil etmir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

AzVision.az


Teqlər: Konstitusiya-Məhkəməsi  





Xəbər lenti