Alxanlı faciəsi ilə bağlı istintaq-əməliyyat qrupu yaradılıb

  31 İyul 2017    Oxunub : 910
Alxanlı faciəsi ilə bağlı istintaq-əməliyyat qrupu yaradılıb
Bir yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı istintaq-əməliyyat qrupu yaradılıb.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində çıxış edən zaman deyib.

Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini və beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq bu il iyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində kənd sakinləri - 51 yaşlı Sahibə Allahverdiyeva və onun 1 yaşlı nəvəsinin həlak olması, digər mülki şəxs 52 yaşlı Səlminaz Quliyevanın ağır bədən xəsarətlər alması, eləcə də vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi faktlarına görə Füzuli rayon prokurorluqlarında dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün istintaq-əməliyyat qrupu yaradılıb.

AzVision.az

Teqlər: Baş-Prokurorluq   Zakir-Qaralov   müşavirə