"Mərakeş bütün sahələrdə Azərbaycanı dəstəkləyir" - Səfir

"Mərakeş bütün sahələrdə Azərbaycanı dəstəkləyir" - Səfir
  31 İyul 2017    Oxunub:1239
Mərakeşin Azərbaycandakı səfirliyi bu ölkənin milli bayramı - Taxt-Tac günü münasibətilə rəsmi qəbul təşkil edib.
AzVision.az xəbər verir ki, qəbulda çıxış edən Mərakeşin Azərbaycandakı səfiri Adil Embarx ölkəsinin ictimai-siyasi həyatından söz açıb, kralın taxta çıxdığı 18 il ərzində gördüyü işlərdən danışıb.

Bildirib ki, məhz kral VI Məhəmmədin hakimiyyəti dövründə Mərakeş iqtisadiyyatı inkişf edib, dünyada layiqli yerini tutub.

Azərbaycan-Mərakeş münasibətlərinə toxunan səfir qeyd edib ki, dövlətlərimiz bütün sahələrdə bir-birinə dəstək verir. Səfir iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Tədbirdə iştirak edən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ölkələrimiz arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Onun sözlərinə görə, Azərbaycanla Mərakeş arasında ticarətin həcmi 50 dəfə artıb.

Komitə sdrinin fikrincə, dövlətlərarası əlaqələrin inkişafında dövlət başçılarının rolu böyükdür. M.Qurbanlı Azərbaycan rəhbərliyi adından Mərakeş xalqını təbrik edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Mərakeş   Azərbaycan   Səfirlik  





Xəbər lenti