“Dəniz Kuboku – 2017”nin püşkatma mərasimi keçirilib

“Dəniz Kuboku – 2017”nin püşkatma mərasimi keçirilib
  01 Avqust 2017    Oxunub:1890
“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində avqustun 1-dən 11-dək Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” müsabiqəsinin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, püşkatmanın nəticələrinə əsasən, müsabiqənin 1-ci epizodunun yerinə yetirilməsində komandaların növbə üzrə sıralanması müəyyənləşdirilib.

Sıralanmaya görə epizodun icrasına birinci Rusiya, ikinci Qazaxıstan, üçüncü Azərbaycan, dördüncü isə İran başlayacaq.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti