Əlillik ala bilməyən şəxs özünü yandırmaq istədi

Əlillik ala bilməyən şəxs özünü yandırmaq istədi
  01 Avqust 2017    Oxunub:1560
Bakıda nazirliklərdən birinin binası qarşısında insident baş verib.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, Cabbarov Sərxan Yavər oğlu Yasamal rayonu ərazisində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin inzibati binasının qarşısına gələrək özünü yandırmağa çalışıb. Nazirliyin mühafizəçiləri həmin şəxsin niyyətini həyata keçirməyə imkan verməyib.

Bildirilir ki, Sərxan Cabbarov əlillik dərəcəsi ala bilmədiyi üçün bu addımı atıb. Məsələ ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: insident   ƏƏSMN  





Xəbər lenti